Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə güzəştli kreditlərin verilməsinə dair əməkdaşlığa başlayıb

VTB (Azərbaycan) AR İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə imzaladığı  razılaşmaya əsasən biznes üçün güzəştli kreditləşməyə başlayır. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün illik 5% ilə sərfəli şərtlərlə kredit əldə edə biləcəklər. Kreditin maksimal məbləği 10 mln manat təşkil edir. Kredit müddəti 10 ilədəkdir.

Bundan başqa, müştərilərə güzəştli müddətdən istifadə etmək imkanı verilir ki, bu dövr ərzində sahibkarlar təkcə kredit üzrə faizləri ödəyirlər.

“VTB (Azərbaycan)-ın Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı stratejidir və bankın uzunmüddətli inkişaf planlarına tamamilə uyğundur. Bu, sahibkarlar üçün kredit resurslarına çıxış imkanlarını genişləndirməyə və onlara bankla tərəfdaşlıq çərçivəsində biznes layihələrini reallaşdırmağa imkan verəcək”, – deyə bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.   

 Xatırladaq ki, COVID-19 pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları çərçivəsində də bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. Bu proqramlar üzrə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı