Bank VTB kapitalın adekvatlıq əmsalını artırır

Bank VTB (Azərbaycan) 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının 2017-ci ilin aprel ayının 1-nə olan həcmini açıqlayıb.

Onlar 5% və 10% və 50 mln. AZN normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat həcmindədir.  2016-ci ildə inkişaf strategiyası çərçivəsində bankın səhmdarları tərəfindən əlavə vəsait ayrılması həyata keçirilib.

Bankın daha əvvəl də açıqladığı hesabatda 2017-ci ilin birinci yarısında kapitalının adekvatlığı əmsalının artdığı əks olunub.

Qeyd edək ki, normativlərin icra edilməsi VTB Qrupu və Maliyyə Bazarlarına Nəzarət Palatasının arasında əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatıran VTB-nin Baş ofisinin dəstəyi sayəsində mümkün olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır