Home » “Bankçılıq Mükafatları- 2022” tədbiri keçirilib

“Bankçılıq Mükafatları- 2022” tədbiri keçirilib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2022” adlı tədbiri də baş tutmuşdur.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2022-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, 2022-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, “AFB Bank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC,  “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “ABB” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC və “Bank Respublika” ASC təltif edilib.

“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Elektron bankçılıq üzrə layihələr” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Kredit Bürosu” MMC mükafatlandırılıb.

“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.

“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Bank of Baku” ASC-nin Ödəniş sistemləri Departamentinin direktor müavini Tamerlan Rüstəmov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov mükafatlandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.