İspaniyada “Banco Mare Nostrum” (BMN) ilə inteqrasiya etməyə çalışan “Bankia”nın 2 500-dən çox işçisini işdn çıxaracağı bildirilib.
Açıqlamada bildirilib ki, iyun ayında BMN-i alan “Bankia” inteqrasiya işlərini bitirməsi ilə iş gücünü 14%, yəni 2 510 nəfər azaltmağı planlaşdırır.
İşdən çıxarmaların 1 120-si şöbələrdən, 820-si “Bankia”dan və BMN-nin əsas mərkəzindən ediləcək.
“Bankia” isə bununla bağlı heç bir açıqlama verməyib.