Banklar 84.9 mln. manat mənfəət əldə edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata əsasən, 30 iyun 2017-ci il tarixinə bankların faiz gəlirləri 1,007.3  mln. manat, qeyri-faiz gəlirləri isə 460.3 mln. manat olub. Sektorun aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyat ayırmaları  408.9 mln. manat, mənfəət vergisi isə 17.4  mln. manat  təşkil edib.

Qeyd edək ki, banklar ilin ilk 6 ayını 84.9 mln. manat xalis mənfəətlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır