Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır - Xəbərdarlıq - BBN

Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır – Xəbərdarlıq

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən bir sıra banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır.

BBN.AZ Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlardan bu kampaniyalarda iştirak etmək üçün onlara göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Qeyd edək ki, bank və digər fərdi məlumatlarınızı daxil etmədən öncə daxil olduğunuz veb-ünvanının şirkətin rəsmi veb-saytı olduğundan əmin olun.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı