Banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşları üçün vebinarlar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bank əməkdaşları üçün maliyyə savadlılığı” vebinarları keçirilmişdir. Vebinarlaın məqsədi vətəndaşlarla birbaşa əlaqədə olan bank əməkdaşları arasında maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır.

27 və 30 aprel 2021-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşlarına təşkilati bacarıqlar (soft skills) və maliyyə savadlılığına dair vebinarlar təşkil edilmişdir. Təlimlərdə 151 iştirak olmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Eyni zamanda, iştirakçılara Mərkəzi Bankın zəngin elekton resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilmişdir.Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif hədəf qruplarına yönəlmiş bu səpkili təlimlərinin təşkili işləri davam etdirilir.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı