Banklara 50 milyon dollar satılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 26 iyul 2016-cı il tarixində həyata keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə hərracla bağlı açıqlama verib.

BBN.az saytının ARDNF-ə istinadən verdiyi məlumata görə, hərraca 50 milyonluq vəsait çıxarılıb və 27 banka satılıb.

Məlumata əsasən, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır