Home » Banklara yönələn kiber hücumlar ilə bağlı rəsmidən açıqlama

Banklara yönələn kiber hücumlar ilə bağlı rəsmidən açıqlama

by bbnadm
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“Mərkəzi Bankın qəbul etdiyi banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair qaydaları vardır. Bu isə 2022-ci ilin aprel ayından qüvvəyə minmişdir. Bu istiqamətdə tənzimləyici banklar ilə sıx əməkdaşlıq edir. Həmin qaydaların tərkib hissəsi olaraq məhz banklarda olan kritik insidentlər ilə bağlı məlumatları Mərkəzi Banka təqdim etməlidirlər”.

Bu haqda Banklar və Biznes nəşri BBN.az-ın banklarda kiber hücumlar ilə bağlı sualını cavablandıran Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

“2022-ci ildə kommersiya bankları tərəfindən belə bir insident müraciəti Mərkəzi Banka daxil olmamışdır. Amma bu baş verən rəqəmsallaşma fonunda kibertəhlükəsizlik trendləri, həm Mərkəzi Bank tərəfindən, həm də tənzimləyicinin kommersiya bankları ilə birgə yaratdığı İşçi Qrupları daxilində davamlı olaraq müzakirə edilir. Baş verən kibertəhdidlər mütəmadi olaraq bölüşülür və bunun qarşısının alınması istiqamətində daxili tədbirlər həyata keçirilir”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.