Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

29-31 may 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik ildönümünə həsr olunmuş banklararası şahmat çempionatı başa çatmışdır.

Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Turan Bank” ASC qərarlaşmışdır.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə “ABB” ASC -nin nümayəndəsi Rauf Hacılı qalib gəlmişdir.

2-ci yeri “Turan Bank” ASC-nin nümayəndəsi Ruslan Əliyarov qazanmışdır.

3-cü yerdə isə “ABB” ASC-nin nümayəndəsi Rəsul Mənsimli qərarlaşmışdır.

4-cü yeri “Access Bank” QSC-dən Vüsal Poladov, 5-ci yeri “Kapital Bank” ASC-dən Fəxri Əhmədov, 6-cı yeri “ABB” ASC-dən Rəsul Əfəndiyev, 7-ci yeri “Kapital Bank” ASC-dən Qüdsi Talıbov, 8-ci yeri “Bank Respublika” ASC-dən Sənan Şahverdiyev qazanmışlar.

Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” adına “PAŞA Bank” ASC-ni təmsil edən Nigar Əfəndiyeva layiq görülmüşdür.

Artıq 7-cı dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 15 kredit təşkilatından 60-a yaxın nümayəndə iştirak etmişdir.

Qeyd edək ki, Çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.

 

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı