Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib - BBN

“Banklarda likvidlik risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklər təsdiq edilib

7 iyul 2025-ci il, Bakı: Mərkəzi Bank tərəfindən “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na (Qayda) dəyişikliklər edilib. Sözügedən dəyişikliklər 2025-ci il avqust ayının 1-dən qüvvəyə minir.

 

Qaydaya edilən dəyişikliklərin əsas məqsədi kəmiyyət və keyfiyyət parametrlərinin yenidən tənzimlənməsi yolu ilə banklarda likvidlik risklərinin daha effektiv idarə olunması və onların likvidlik mövqelərinin daha da möhkəmləndirilməsi ilə yanaşı, bank sektorunun real iqtisadiyyatı maliyyələşdirmək imkanlarının qorunmasından ibarətdir.

 

Yeni tələblər bankların likvidlik mövqeyinin qiymətləndirilməsi üçün tətbiq edilən likvidliyin örtülmə əmsalının (LCR) həm məcmu, həm də milli valyuta üzrə tətbiqini nəzərdə tutur. 01.08.2025-ci il tarixindən etibarən sistem əhəmiyyətli banklar milli valyuta üzrə LCR əmsalını 50%-dən başlamaqla 01.06.2027-ci il tarixinədək, bütün digər banklar isə 40%-dən başlamaqla 01.12.2027-ci il tarixinədək mərhələli qaydaya 100%-ə çatdırmalıdır. Paralel olaraq, dəyişikliklər vasitəsilə bankların yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirə biləcəkləri aktivlərin dairəsi də genişləndirilibdir (bank metalları, dövlət zəmanətli maliyyə institutlarının qiymətli kağızları, gecəlik (overnight) depozitlər, Mərkəzi Bankda yerləşdirilmiş qısamüddətli vəsaitlərin yüksək keyfiyyətli likvid aktiv kimi təsnifləşdirilməsinə icazə verilibdir).

 

Qaydaya edilən dəyişikliklər, ümumilikdə likvidlik risklərinin ölçülməsi və idarə olunması mexanizmlərinin daha çevik qurulmasına, həmçinin banklarda likvid vəsaitlərin milli və xarici valyutalar arasında bölgüsünün daha optimal proqnozlaşdırılmasına, bankların milli valyutada likvid mövqeyinin daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcəkdir.

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 57 %-dən çox azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı