Bankların kredit portfeli 3% artıb

2016-cı ilin noyabr ayının sonuna banklar tərəfindən müştərilərə verilən cəmi kreditlər  15 771.1 mln manat təşkil edib ki,  bu da aylıq müqayisədə 3% çoxdur.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.

Kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün məqsədli ehtiyatlara 1 543 mln. manat vəsait ayrılıb. Bankların xalis kreditləri isə 14 228.1 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır