Azərbaycandakı bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri açıqlanıb.
Cari ilin yanvar ayında bankların kreditlər üzrə faiz gəlirləri 356,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 21% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar ayında bankların kreditlər üzrə faiz gəlirləri 294,9 milyon manat olub.
Hesabat dövründə bankların faizlər üzrə xərcləri isə 165,7 milyon manat təşkil edib. Faiz xərclərinin əsas hissəsini depozitlər üzrə ödənilən faizlər təşkil edir.