Bankların mənfəətinin (zərərinin) dəyişməsi dinamikası – DİAQRAM

BBN.az olaraq,  2017-ci ilin əvvəlinə bankların xalis mənfəətinin (zərərinin) illik dinamikasını təqdim edirik. Ümumilikdə,  bank sektorunda 14 bankın mənfəətlilik göstəricisində yaxşılaşma, 16 bankda isə geriləmə baş verib. Mənfəətlilik göstəricisində yaxşılaşma dedikdə, mənfəətin artması və ya zərərin azalması nəzərdə tutulur. Mənfəətlilik göstəricisində geriləmə isə bunun əksidir. Bir bank 2016-cı ilin əvvəlində zərər əldə etsə də, 2017-ci ilin sonuna mənfəətə keçib. Dörd bankda isə əks tendensiya baş verib.

2016-cı ildə mənfəətlilik göstəricisində ən böyük irəlliləmə, “PAŞA Bank” ASC-də müşahidə edilib. Bu bankın 2017-ci ilin əvvəlinə mənfəəti ötən illə müqayisədə 58 mln. manat artım baş verib.

İkinci yerdə isə “Bank VTB (Azərbaycan)” ASC gəlir. Baxmayaraq ki, bank 2017-ci ili də  zərərlə başa vurub,  lakin 2016-cı il ərzində “Bank VTB (Azərbaycan)” ASC bu zərəri 33,9 mln. manat azaldıb.

Üçüncü yeri tutan “NBCBank” ASC də ötən il ərzində zərərini 12 mln. manat azaldıb.

Sıralamanın sonunda gələn “Azərbaycan Beynəlxalq Bankı” ASC miqyasına görə, diaqramda əks etdirilməyib. Ötən il ərzində bu bankın zərəri  1336.4 mln. manat artıb.

Sıra Banklar Mənfəətdəki (zərərdəki) dəyişmə
(mln. manat)
2017-ci ilin əvvəli üçün Xalis Mənfəət
(mln. manat)
2016-ci ilin əvvəli üçün Xalis Mənfəət
(mln. manat)
1 PAŞA Bank ASC 58.0 61.0 3.0
2 Bank VTB (Azərbaycan) ASC 33.9 -2.6 -36.5
3 NBCBank ASC 12.0 -1.8 -13.8
4 Azər Türk Bank ASC 12.0 7.3 -4.6
5 Xalq Bank ASC 8.2 10.4 2.2
6 Bank of  Baku ASC 7.6 -15.3 -23.0
7 DəmirBank ASC 3.5 -1.7 -5.3
8 AGBank ASC 2.5 -35.6 -38.2
9 Ziraat Bank Azərbaycan ASC 2.5 6.0 3.5
10 Azərbaycan Sənaye Bankı ASC 2.2 4.8 2.6
11 AFB Bank ASC 0.5 2.6 2.1
12 Bank Avrasiya ASC 0.4 0.9 0.5
13 Caspian Development Bank ASC 0.2 8.6 8.4
14 Silk Vey Bank ASC 0.03 1.6 1.5
15 Pakistan Milli Bankı NBP Bakı filialı -0.02 0.01 0.03
16 Naxçıvanbank ASC -0.02 8.4 8.4
17 Expressbank ASC -0.2 0.4 0.7
18 AtaBank ASC -0.6 0.3 1.0
19 TuranBank ASC -1.5 -1.4 0.1
20 Amrahbank ASC -2.2 -8.4 -6.2
21 Yapı Kredi Bank Azərbaycan QSC -5.8 -10.3 -4.5
22 Kapital Bank ASC -11.5 52.4 63.9
23 Bank BTB ASC -11.5 -13.1 -1.6
24 Rabitəbank ASC -12.9 -12.9 0.0
25 Muğanbank ASC -14.4 -14.0 0.4
26 Bank Respublika ASC -26.9 -34.6 -7.7
27 Bank Melli İran Bakı filialı -29.8 -29.3 0.5
28 Unibank KB ASC -32.8 -31.3 1.5
29 Nikoil Bank İKB ASC -139.4 -148.5 -9.1
30 Azərbaycan Beynəlxalq Bankı ASC -1336.4 -1356.5 -20.1
31 AccessBank QSC   1.7
32 Günay Bank ASC   -3.6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır