Bankların qiymətli kağızlara investisiyaları 10 dəfə artıb

Manatın sabitləşməyə başladığı son dövrlərdə bankların kredit portfeli azalmaqda davam etsə də,  qiymətli kağızlara qoyduqları investisiyaların həcmi kəskin surətdə artmaqdadır. Belə ki,  Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı son göstəricilərə əsasən, 2017-ci ilin iyul ayının sonuna bankların aktivlərindəki qiymətli kağızların həcmi 4 225.6 mln. manata bərabər olub.  Lakin bu göstərici cəmi 3 ay əvvəl  438.6 mln. manat təşkil edirdi. Nəticə etibarı ilə isə ilin əvvəli ilə müqayisədə bankların qiymətli kağızlara etdikləri sərmayə qoyuluşu 10.2 dəfə artıb.

Kredit portfelinin azaldığı dövrdə bu onu göstərir ki,  banklar əvvəl verdikləri borclar üzrə ödənişləri toplayıb, qiymətli kağızlara yönəldirlər. Aşağıdakı cədvəldə bu fikir öz təsdiqini tapır.  Belə ki, bu il ərzində bankların aktivlərindəki qiymətli kağızların həcmindəki artım təqribən kredit portfelindəki azalma qədər olmuş,  bu iki göstəricinin cəmi sabit qalmışdır.

Başqa sözlə,  artıq banklar borcu  kredit olaraq deyil,  qiymətli kağızlar üzərindən verməyi üstün tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır