2019-cu ilin 3-cü rübünün sonunda bank sektorunun mənfəətinin həcmi 522,7 mln. manat təşkil etmişdir ki, bu ötən rüblə müqayisədə 89.3 mln. manat daha çoxdur. Yəni, bank sektoru iyul-sentyabr ayları ərzində təqribən doxsan milyonluq mənfəət əldə etmişdir. Ayrı-ayrılıqda baxdıqda əksər bankın mənfəətlilik üzrə vəziyyətinin yaxşılaşdığını müşahidə etsək də, bu artımın əsasən ilk üçlük hesabına reallaşdığını görə bilərik: “Kapital Bank” ASC – 26.5 mln. manat, “Azərbaycan Beynəlxlaq Bankı” ASC – 22.6 mln. manat və “Expressbank” ASC – 22.5 mln. manat (Ümumilikdə 71.6 mln. manat və ya sektorun mənfəətinin təqribən 80%-i)
İlk 9 ayın nəticələrinə baxdıqda isə ilk üçlükdə “Azərbaycan Beynəlxlaq Bankı” ASC (323 mln. manat), “Kapital Bank” ASC (99.7 mln. manat) və “Unibank” ASC (66.8 mln. manat) yer alıblar. Sektorun ümumi mənfəətində də onların payı olduqca yüksəkdir – təqribən 94%.
Aşağıdakı cədvəldən son iki rübdə bütün bankların mənfəətlilik göstəriciləri ilə tanış ola bilərsiniz:
№ | Banklar | IIR/2019 (mln. manatla) | IIIR/2019 (mln. manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı ASC | 300.3 | 323.0 |
2 | Kapital Bank ASC | 73.2 | 99.7 |
3 | Unibank KB ASC | 62.4 | 66.8 |
4 | PAŞA Bank ASC | 51.7 | 64.6 |
5 | Bank of Baku ASC | 32.3 | 32.3 |
6 | Expressbank ASC | 3.1 | 25.6 |
7 | Xalq Bank ASC | 15.7 | 24.5 |
8 | Bank Respublika ASC | 12.8 | 15.6 |
9 | Premium Bank ASC | 7.9 | 11.1 |
10 | Rabitəbank ASC | 4.8 | 7.6 |
11 | Azərbaycan Sənaye Bankı ASC | 5.2 | 6.6 |
12 | Bank VTB (Azərbaycan) ASC | 4.7 | 6.4 |
13 | Bank Avrasiya ASC | 2.6 | 5.9 |
14 | Naxçıvanbank ASC | 2.2 | 4.4 |
15 | AFB Bank ASC | 1.7 | 4.4 |
16 | Bank BTB ASC | 0.9 | 4.0 |
17 | Yapı Kredi Bank Azərbaycan QSC | 3.4 | 3.8 |
18 | Ziraat Bank Azərbaycan ASC | 1.8 | 3.0 |
19 | Günay Bank ASC | 0.8 | 1.0 |
20 | TuranBank ASC | 0.2 | 0.3 |
21 | Azər Türk Bank ASC | 0.8 | 0.1 |
22 | NBCBank ASC | 0.2 | 0.1 |
23 | AtaBank ASC | 0.1 | 0.0 |
24 | Pakistan Milli Bankı NBP Bakı filialı | -0.3 | -0.3 |
25 | Nikoil Bank İKB ASC | 2.7 | -1.6 |
26 | AGBank ASC | -0.9 | -2.3 |
27 | Amrahbank ASC | -5.3 | -8.2 |
28 | Muğanbank ASC | -9.8 | -8.3 |
29 | Bank Melli İran Bakı filialı | -16.9 | -19.3 |
30 | AccessBank QSC | -86.5 | -90.5 |