Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində - BBN

“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində

27 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş keçirilib.

Görüş zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar cari ilin 4-6 dekabr tarixində keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu”  barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

Related posts

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mərkəzi Bank tədiyyə balansının 2025-ci ilin yekunlarına dair hesabatlarının təqdimatını edib

İranla bağlı müharibə fonunda dollar güclənir, qlobal bazarlarda risk artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı