Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BAZARLARDA NEFT GƏRGİNLİYİ: Trampın çıxışı gözlənilir, Yaxın Şərqdə gərginliyin azalma ehtimalı neft bazarlarına təsir edir. - BBN

BAZARLARDA NEFT GƏRGİNLİYİ: Trampın çıxışı gözlənilir, Yaxın Şərqdə gərginliyin azalma ehtimalı neft bazarlarına təsir edir.

İranla bağlı gərginliyin səngiməsinə dair ümidlərin artması fonunda dünya bazarlarında neft qiymətləri itkilərini bərpa edə bilmir. İnvestorlar hazırda bütün diqqətini ABŞ Prezidenti Donald Trampın edəcəyi kritik çıxışa və verəcəyi mesajlara yönəldib.

Bazarda son rəqəmlər:

Brent markalı neft: Eskalasiya riskinin zəifləməsi ilə qiymətlərdə eniş davam edir.

WTI nefti: ABŞ-ın xam neft ehtiyatları və Trampın enerji siyasətinə dair gözləntilər qiymətləri təzyiq altında saxlayır Hazırda enerji qiymətlərində diplomatik ümid yüksəkdir. İranla bağlı hərbi risklərin yerini diplomatik manevrlərə buraxması tədarük qorxusunu azaldıb. Lakin Tramp Faktoru da enerji qiymətlərinin volatilliyində az rol oynamır. Bazar iştirakçıları Trampın çıxışında ABŞ-ın enerji hasilatını artırmaq və ya sanksiyalarla bağlı yeni strategiyasını eşitməyi gözləyirlər. Bu arada isə ekspertlərin qlobal tələblə bağlı səsləndirdiyi fikirlər maraq doğurur. Beləki, Çin və digər böyük iqtisadiyyatlardan gələn zəif iqtisadi siqnallar neftə olan tələbin azalacağı ehtimalını gücləndirir.

Related posts

S&P Global Ratings: Brent nefti bu il 80 dollar, 2027-ci ildə 65 dollar olacaq

“Azeri Light” nefti bahalaşıb: qiymət 130 dollar həddini yenidən keçdi

Neft bazarlarında Hörmüz düyünü: Trampın müharibədən çıxış planı qiymətləri 104 dollarda saxlayır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı