Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BƏƏ-nin XRG şirkəti “Cənub Qaz Dəhlizi” QSC-də pay əldə etmək üçün Əsas Şərtlərlə Razılaşma imzaladı - BBN

BƏƏ-nin XRG şirkəti “Cənub Qaz Dəhlizi” QSC-də pay əldə etmək üçün Əsas Şərtlərlə Razılaşma imzaladı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb.

Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı müzakirə olunan və mübadilə edilən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu”na uyğun olaraq imzalanıb.

Razılaşmanı iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.

Bu sənəd SOCAR və XRG arasında əməkdaşlığın qaz hasilatından Avropanın enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişlənməsi üçün yeni imkanlar açır. Eyni zamanda, Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və enerji layihələri üzrə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

İmzalanan sənəd SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır. Daha əvvəl tərəflər SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, eləcə də ADNOC-un “Abşeron” qaz-kondensat yatağında iştirak payı əldə etməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, 2014-cü ildə təsis edilmiş “Cənub Qaz Dəhlizi” QSC qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 km olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur illik 26 milyard kubmetrə qədər təbii qazın Xəzər hövzəsindən Türkiyə vasitəsilə Cənubi Avropaya nəqlini təmin edir.

Related posts

100 dollarlıq neftin ilk “qurbanı” bəllidir! Rupi niyə çökdü? BBN az araşdırır!

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı