Belçikadan vərəsəlik vergisinin ləğv edilməsi tələb olunub

Avropa Komissiyası Belçika hökumətinə Valloniya regionunda tətbiq olunan vərəsilik vergisinin ləğvi ilə bağlı xahişlə müraciət edib. Burada məqsəd həmin verginin tətbiqinin Avropa İttifaqının fəaliyyəti ilə bağlı sazişə uyğunlaşdırılmasıdır.

Valloniya regionunun mövcud qanunvericiliyinə əsasən, miras qoyan şəxs Belçikada yaşadığı halda, vərəsəlik vergisindən azad olunur. Bununla belə komissiyanın rəyinə əsasən, əgər miras qoyan şəxs Avropa iqtisadi zonası daxilində başqa bir ölkədə yaşayıbsa, belə bir istisna nəzərdə tutulmur. Komissiya belə hesab edir ki, Belçikada yerləşən və sağlığında bu ölkədə yaşamayan şəxsə aid olan əmlakın vergidən azad olunması Avropa İttifaqının fəaliyyəti ilə bağlı sazişlə ziddiyyət təşkil edir.

Sorğu Belçika hökumətinə rəsmi bildiriş şəklində göndərilib. Məsələni aydınlaşdırmaq üçün Belçikaya 2  ay vaxt verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır