Berat Albayrak: “2020-də dəyişiklik üçün daha çox addımlar atılacaq”

Türkiyənin Xəzinədarlıq və Maliyyə Naziri Berat Albayrak ötən il üzrə nəticə və nailiyyətləri açıqlamaq üçün “2019 Qiymətləndirmə Yığıncağı”nda mətbuat nümayəndələri ilə görüşüb. Nazir 2019-cu il ərzində Türkiyədə baş verən xarici və daxili siyasi dalğalanmalara, eləcə də türk lirəsinin məzənnəsində müşahidə olunan neqativ dəyişikliklərə baxmayaraq, vəziyyətin stabilləşdiyini və müsbətə doğru irəliləyişlərin davam etdiyini vurğulayıb.

2019-cu ildə Türkiyə Respublikasının milli gəliri ümumilikdə 4 dəfədən çox artaraq 236 milyard dollardan 950 milyard dollara yüksəlib. İnflyasiya 11.8% səviyyəsində qərarlaşıb. Yeni İqtisadiyyat Proqramı vasitəsilə isə sözügedən göstəricinin cari ildə 8.5%-ə, daha sonra isə 4.9%-ə qədər endirilməsi gözlənilir.

2019-cu il üzrə iqtisadi böyümənin elə də ürəkaçan olmadığı vurğulansa da, 2020-ci ildə 5%-ə qədər çatacağı və 3.4%-lik qlobal iqtisadi artım göstəricilərini üstələyəcəyi bildirilib.

İstanbul Birjası İndeksi 2003-cü ildən bu yana 11 dəfədən artıq dəyər qazanaraq 121 minə çatıb. Türkiyə Mərkəzi Bankının məcmu rezervləri 105 milyard dolları üstələyib.

Ötən il xarici ticarət dövriyyəsində də bir sıra gözəçarpan irəliləyişlər müşahidə olunub. Cari əməliyyatlar balansı sentyabr ayından sonra ilk dəfə 5.4 milyard dollar müsbətə keçib. İxrac göstəricisi 2 faiz artaraq 180.5 milyard dollara çatıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 3.7 milyard dollardan 17.7 milyard dollara yüksəlib.

Related posts

İİTKM ixrac icmalının oktyabr ayı üçün ilkin rəqəmlərini açıqlayıb

İyul-Avqust-Sentyabr aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı