“Beyləqan İnşaat Sənaye” BFB-də listinqə qəbul edilib

16 may 2017-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə “Beyləqan İnşaat Sənaye” ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib. “Beyləqan İnşaat Sənaye” ASC nominal dəyəri 0.50 olan 64 356 ədəd adi səhmi emissiya edib.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır