Beynəlxalq Enerji Agentliyi: “Neft qiymətləri kəskin bahalaşacaq”

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol 2020-ci ildə xam neft qiymətlərinin sərt bir şəkildə yüksələcəyini gözlədiklərini bildirib.

O açıqlamasında aşağı neft qiymətlərinin investisiyaları kifayət qədər ciddi həcmdə azaltmasına diqqəti çəkib. Onun sözlərinə görə, əgər əhəmiyyətli sayda neft layihələri həyata keçirilməzsə 2020-ci ildən etibarən qiymətlərdə sərt artımlar olacaq.

Qeyd edək ki, ötən il neft sənayesində təxminən 450 milyard dollarlıq investisiya olduğunu və bunun bir əvvəlki illə müqayisədə 25% az olduğuna işarə edən Birol, dünya üzrə artan neft tələbinin ödənilməsi üçün hər il investisiyaların da ən azı 20% artmalı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır