Beynəlxalq maliyyə əməliyyatlarının 60%-i dollardadır

ABŞ dollarının beynəlxalq maliyyə əməliyyatlarında payı hazırda 60% təşkil edir.

Bu barədə Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edən Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Kseniya Yudayeva deyib.

“15 il bundan öncə dollar yeganə valyuta idi, hazırda isə rəqabət güclənir. Statistikaya əsasən, 2008-ci ildən etibarən dolların beynəlxalq maliyyə əməliyyatlarında payı artaraq 60%-ə çatıb. Buna səbəb digər ehtiyat valyutaların daxil problemlərinin olmasıdır”. – deyə K. Yudayevə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır