Bakıda beynəlxalq simpozium keçiriləcək

“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

BBN.az xəbər verir ki, simpozium, İktisadi Araştırmalar Vakfı-nın təşkilatçılığı və ASK-nın tərəfdaşlığı ilə 24 oktyabr 2018-ci il tarixində Bakı şəhərində Boulevard Hotel-də keçiriləcək.

Simpoziumda Türkiyənin müxtəlif xidmət sahələrinə aid 10 şirkətinin  iştirakı gözlənilir: Simpoziumda iştirak etməklə siz əlavədə adları və sektorları qeyd olunan şirkətlərlə B2B görüşdə iştirak imkanı əldə edəcəksiniz.

Simpoziumda iştirak etmək istəyən sahibkarlardan aşağıdakı keçiddən qeydiyyatdan keçmələri xahiş olunur.

Qeydiyyat üçün keçid

Son müraciət tarixi 22 oktyabr 2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır