“Beynəlxalq Aqro Biznes Forum – 2024” keçirilib

İki gün davam edən forum çərçivəsində sərgi, panel müzakirələr və B2B görüşlər də təşkil edilib. 

Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “Agro TV Azərbaycan”ın birgə təşkilatçılığı ilə “Beynəlxalq Aqro Biznes Forum – 2024” keçirilib.

Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və şirkət nümayəndələri, fermerlər, investorlar iştirak ediblər.

Milli Məclisin deputatları, Aqrar İnnovasiya Mərkəzi, KOBİA, Türk Dövlətləri Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, KOBSKA və digər qurumların nümayəndələri, şirkət təmsilçiləri çıxışlarında kənd təsərrüfatı sektorunda perspektivlərə, bu sahədə türkdilli dövlətlər, o cümlədən Türkiyə və Azərbaycan arasında əlaqələrə və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

İki gün davam edən forum çərçivəsində 30-a yaxın şirkətin məhsul və xidmətlərindən ibarət sərgi, sektorun gündəmində olan məsələlərin müzakirə olunduğu panel iclaslar, müxtəlif ölkələrdən olan şirkətlərin təqdimatları və B2B görüşlər də təşkil edilib.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı