Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub - BBN

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Vibke Şlömerlə görüşüb.

Mikayıl Cabbarov ölkəmizdə maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verildiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb. “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” və digər layihələrin icrası isə davam etdirilir. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Xanım Vibke Şlömer Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Beynəlxalq Maliyyə Korporasiyasının Qafqaz üzrə yeni regional meneceri xanım İvana Duartenin də iştirak etdiyi görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar, “Ölkənin özəl sektorunun diaqnostikası” Çərçivə Sənədinin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı