Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beynəlxalq Qızlar Günü münasibətilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib - BBN

Beynəlxalq Qızlar Günü münasibətilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib

11 Oktyabr – Beynəlxalq Qızlar Günü ərəfəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib. Təlimdə 13-18 yaşında 100-ə yaxın qız iştirak edib.

Təlimin keçirilməsində məqsəd qızların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılması idi.

İştirakçılara kibertəhlükəsizlik və kibergigiyena, fərdi məlumatlar, onların təhlükəsizliyi, antivirus proqramları, zərərli kontent, sosial mühəndislik və fişinq hücumları, kiberbullinq barədə geniş məlumatlar təqdim edilib. Daha sonra interaktiv tapşırıqlar icra olunub və iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “KOICA CIAT” qrant proqramı çərçivəsində qalib olmuş “Cyber Security Capacity Building: 2021-2023” layihəsi zamanı qazanılmış biliklərin paylaşılması məqsədilə RİNN və KOICA arasında cari ilin sentyabr ayında imzalanmış Anlaşma Memorandumuna əsasən keçirilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı