Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Beynəlxalq ticarət” işçi qrupu Türk Dövlətləri Təşkilatı tərəfindən Azərbaycandan aidiyyəti qurum kimi müəyyən edilib - BBN

“Beynəlxalq ticarət” işçi qrupu Türk Dövlətləri Təşkilatı tərəfindən Azərbaycandan aidiyyəti qurum kimi müəyyən edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupu TDT-nin Ticarətin Asanlaşdırılması Strategiya sənədi ilə bağlı Azərbaycandan aidiyyəti qurum kimi müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanın üzv olduğu Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il 11 noyabr tarixli 9-cu Zirvə Görüşündə Dövlət Başçıları Şurasının qərarı ilə TDT-yə üzv dövlətlərin Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi qəbul edilib. Sözügedən Strategiya sənədi ilə əlaqədar daxildə koordinasiya və icranı təmin etmək məqsədilə hər bir üzv dövlətdə ticarətin asanlaşdırılması üzrə milli komitənin yaradılması və ya mövcud mexanizmin bu məqsədlə istifadə edilməsi qərara alınıb.

Bunları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin adına müvafiq məktub ünvanlanıb və Nazirlər Kabinetinin qərarına əsasən, “Beynəlxalq ticarət” işçi qrupu TDT-nin Ticarətin Asanlaşdırılması Strategiya sənədi ilə bağlı Azərbaycandan əlaqələndirici qurum kimi müəyyən edilib.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı