Beynəlxalq Valyuta Fondu cari ilə 3%-lik qlobal ressesiya proqnozlaşdırır

Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə də qlobal tələb və təklifin daralması, beynəxalq əmtəə və maliyyə bazarlarında yüksək dalğalanmalar koronavirus pandemiyasının neqativ təsirləri ilə bağlı olmuşdur.

Dünyanın aparıcı iqtisadi güc mərkəzlərində iqtisadi aktivlik kəskin aşağı düşmüş, işsizlik əhəmiyyətli artmaqdadır. Nüfuzlu beynəlxalq təşkilatlar 2020-ci ilin qlobal iqtisadi artım proqnozunu azalma istiqamətində əhəmiyyətli təshih etmişlər. Beynəlxalq Valyuta Fondu cari ilə 3%-lik qlobal ressesiya proqnozlaşdırır.

Qlobal tələbin əhəmiyyətli daralması şəraitində enerji bazarlarında yüksək dalğalanmalar müşahidə olunmaqdadır. Aprel ayında yeni OPEK++ razılaşması əldə olunsa da neft qiymətlərinin aşağı düşməsi davam etmişdir.

Qlobal maliyyə bazarlarında, o cümlədən başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında dəyişkənlik davam etmişdir.

Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr pandemiya dövründə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə iri həcmli dəstək proqramlarını həyata keçirməyə başlamışlar.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı