Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən qlobal iqtisadi artım zəifləyəcək - BBN

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən qlobal iqtisadi artım zəifləyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü il “Dünya iqtisadiyyatının inkişaf perspektivləri”hesabatını açıqlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva hesabatı şərh edərək bildirib ki, dünyada iqtisadi artım göstəricisi 2022-ci ilin 3.4 faizlik artımı ilə müqayisədə azalaraq, 2023-cü il üçün 2.8 faiz proqnozlaşdırılır.  2024-cü il üçün bu göstərici 3 faiz həddində sabitləşəcək.

Hesabatda göstərilir ki, qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım 2022-ci ildəki 2,7 faizdən 2023-cü ildə 1,3 faizə qədər nəzərə çarpan bir nisbətdə yavaşlayacaq. Maliyyə sektorunun pisləşəcəyi alternativ ssenaridə göstəricilər daha da aşağı düşərək qlobal iqtisadiyyat üçün 2.5 faiz, qabaqcıl iqtisadiyyatlar üçün isə 1 faizdən aşağı olacağı proqnozlaşdırılır. Hesabatda həmçinin əmtəə qiymətlərinin düşməsi fonunda inflyasiyanın 2022-ci ildəki 8.7 faiz həddindən 2023-cü ildə 7 faiz həddinə qədər azalması ehtimal edilir.

BVF hesabatında Azərbaycan üçün 2023-cü il üçün iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırıb. Həmçinin ölkə üçün verilən proqnozlarda cari hesablar balansının müsbət olacağı və cari hesab balansı üzrə profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 19,2 % səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə region ölkələri ilə müqayisədə çox yüksək göstəricidir. 

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı