Beynəlxalq vebinar keçirilib

Beynəlxalq Sosial Təminat Assosiasiyası və Beynəlxalq əmək təşkilatının birgə təşkilatçılığı ilə “Dünyada məcburi dövlət sosial sığorta haqlarının (MDSS) subsidiyası – işlək və zəruri biliklərin əldə edilməsi” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda MDSS haqları subsidiyaları, əlavə dəstək və fərqli kontekstlərdə əlaqəli proqramlara olan ehtiyacları şərtləndirən əsas çağırışlar, müxtəlif ölkələrdə MDSS haqları subsidiyalarının və əlaqəli proqramların əsas dizayn xüsusiyyətləri və aşağıgəlirli MDSS ödəyicilərinin müxtəlif seqmentlər üzrə ehtiyaclarını ödəmə üsulları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də hökumətlər və sosial təminat qurumlarının effektivliyə nəzarət məqsədilə həyata keçirdiyi tədbirlər müzakirə olunub.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı