BFB-də bir neçə şirkətin səhmlərinin market-meykerliyinə başlanılır

19 sentyabr 2016-cı il tarixindən etibarən “AzFinance İnvestisiya Şirkəti” QSC aşağıdakı şirkətlərin səhmlərinin Bakı Fond Birjasında market-meykerliyinə başlayır.

BFB-nin İdarə Heyətinin qərarına əsasən sözü gedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 (beş min) manat, alış – satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilib:

 

No Emitentin adı Qiymətli kağızların ISIN nömrəsi Market meyker kotirovkasının minimal həcmi Alış – satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi)

1

Cənubtikintiservis ASC AZ1001004691 5 000 manat

5%

2

Bakı ixtisaslaşdırılmış mexanizasiya-7 ASC

AZ1001000848 5 000 manat

5%

3

Bakı Tikinti materialları ASC

AZ1001000863 5 000 manat

5%

4

Bakıinşaatsənaye ASC

AZ1001001564 5 000 manat

5%

5

AZENCO ASC

AZ1001008452 5 000 manat

5%

6

Sumqayıt Çörək ASC

AZ1001017230 5 000 manat

5%

7

Savalan ASC

AZ1001012488 5 000 manat

5%

8

Avro-Asiya inşaat Korporasiyası EVRASCON ASC

AZ1001000871 5 000 manat

5%

9

Dərnəgülsənayetikinti ASC

AZ1001000376 5 000 manat

5%

 

BFB-nin ticarət qaydalarına əsasən, market-meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hal-hazırda BFB-də market-meyker tərəfindən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır