20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Q/k-ın Ticarətə buraxılma tarixi | Anderrayter |
AZ1001021828 | Adi adlı sənədsiz səhm | 1,000 (ədəd) | 100 manat | Abunə yazılışı üsulu | 23.02.2023 | “CPM İnvestisiya Şirkəti” ASC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.