BFB ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC arasında “Unibank Kommersiya Bankı” ASC-nın istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanıldı

26 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15,000,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır. 15.11.2021-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının BFB-nın ticarət  platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

16.11.2021-ci il tarixindən, “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının baş anderrayteri olmuş “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən təmin olunacaqdır.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə 19.11.2021-ci il tarixindən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

Related posts

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər

Rəqəmsal texnologiyalar və müştəriyönümlü yanaşmalar bank sektorunda transformasiyanı sürətləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı