BFB Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasının Özbəkistanda baş tutmuş illik görüşündə iştirak etmişdir

Bakı Fond Birjasının idarə heyətinin rəhbəri Eldar Abdullayev 24-27 noyabr 2021-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasına üzv olan dövlət birjalarının iştirakı ilə illik görüşdə, eləcə də II Beynəlxalq Maliyyə-Bank Forumunun plenar iclasında iştirak etmişdir.

Tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasına üzv birjalarının gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, iştirakçı ölkələrin qanunvericiliyinin uyğunlaşdırılmasına xüsusi diqqət yetirilməsi və o cümlədən maliyyə alətləri üçün ümumi bazarların formalaşmasına yanaşmaların tətbiqi geniş müzakirə olunmuşdur.

Qeyd edək ki, Bakı Fond Birjası 2019-cu il tarixindən Müstəqil Dövlətlər Birliyinin Beynəlxalq Birjalar Assosiyasının üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır