Bill Qeyts yaratmış olduğu fondun 2026-cı ilə qədərki məqsədlərini açıqladı

“Covid dünya üzrə qlobal ehtiyac yaradıb, burada necə kömək edəcəyimizin cavabı var”.  

Filantrop, milyarder Bill Qeyts özünün bloqunda paylaşdığı xəbərə görə, 2026-cı ilə qədər Qeyts Fondu (Gates Foundation) təkcə bir ilə 9 milyard dollar xərcləyəcək.

BBN.az-ın məlumatına əsasən, milyarder bildirib ki, ötən illərdə baş verən bir neçə qlobal ləngimələr insanları narahat edib və onları dünyanın daha da pisə gedəcəyi fikrini yaradıb. O, deyib ki, “pandemiya və Ukraynanın işğalı təkcə 2 nümunədir ki, bura daxildir. Bu cür yavaşlama ciddi ehtiyac hissini yaradır”, – deyə milyarder sözlərinə əlavə edib. 

“Melinda (keçmiş həyat yoldaşını nəzərdə tutur-red.) və mən bizim Fondu 2000-ci ildə yaratmışıq, məqsədimiz isə o idi ki, hər kəsin gərək ki, sağlam və məhsuldar həyat yaşamaq üçün şansı olsun. Daha sonra eyni ildə dünya insanların həyatını inkişaf etdirmək üçün daha məqsədli vizyon yaratdı, məsələn Birləşmiş Millətlər Təşkilatı (United Nations) yeni proqramlar işləyib hazırladı.

Dövlətlərin, şəxsi sektorların, qeyri-hökumət təşkilatlarının, bizim kimi xeyriyyəçilərin təşəbbüsü ilə 5 yaşından öncə vəfat edən uşaqların sayı yarıya qədər azaldılıb, il üzrə 12 milyondan 6 milyona qədər. Kəskin kasıb şəraitdə yaşayan insanların sayında da yarıya qədər azalma olub. Əvvəlki illərə nisbətən daha çox uşaq məktəbə yazılıb. Ölümcül xəstəliklərdən əziyyət çəkən insanların sayı da azalmaqda davam edir. Bu inkişaf təkcə bir region, yaxud varlı ölkələr ilə sərhədlənməyib. Bu dünya üzrə bir sıra ölkələrdə baş verib, Banqladeşdən Efiopiyaya, Qanaya və s. qədər”.

Bill Qeyts dünyada baş verən bir sıra problemlərə toxunduqdan sonra, optimist olduğunu dilə gətirib və əlavə edib ki, “Ehtiyat və enerjimin daha çoxunu pandemiya, iqlim dəyişikliyi ilə mübarizə aparmağa, təhsilin inkişafı, qlobal sağlamlıq və ərzağın qiymətlərinin artmasının qarşısını almağa xərcləyirəm”. 

Milyarder özünün bloqunda yazıb ki, Fond hər il xərclənən 6 milyard dollar investisiyanı, 9 milyard dollara yüksəldib və artırmaqda davam edəcək:“Son iki onillikdə “Gates Foundation” ilə 1 milyard dollar xərcləyib, daha sonra bu 6 milyard dollara yüksəlib, 2026-ci ilə qədər isə təkcə bir ilə 9 milyard dollar xərcləməyi hədəfləmişik. Pandemiya dövründə isə Melinda və mən əlavə 2 milyard dollar Covid ilə mübarizəyə xərclədik, bunu etmək üçün isə həmin dövrdə davam edən işlərimizi dayandırmadıq”. 

Qeyd edək ki, xeyriyyəçi bu il ABŞ-da Ali Məhkəmənin abort ilə bağlı etdiyi qanun dəyişikliyini pisləyib və əlavə edib ki, bu gender bərabərliyi, qadınların hüquqları və ümumilikdə insanlığın inkişafı üçün geriləmədir. Gələcəkdə ola biləcək dəyişikliklər isə qorxu yaradır. Bu qadınların həyatı üçün risk yaradacaq”, – o, deyib. 

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı