Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Binance Rusiyadakı fəaliyyətini tamamilə dayandırır - BBN

Binance Rusiyadakı fəaliyyətini tamamilə dayandırır

Binance tərəfindən edilən yazılı açıqlamada şirkətin Rusiyadakı bütün aktivlərinin CommEX-ə satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.

BBN.az xəbər verir ki, açıqlamada şirkətin Rusiya bazarından tamamilə çıxacağı, Rusiya istifadəçiləri üçün “rəvan proses” təmin etmək üçün çıxış prosesinin bir il çəkəcəyi bildirilib.

Açıqlamada fikirləri yer alan Binance Baş Komplayns Mütəxəssisi (CCO) Noah Perlman dedi: “Şirkətin gələcəyi üçün Rusiyada fəaliyyət göstərməyin Binance-in uyğunluq strategiyasına müvafiq olmadığını düşünürük”, –  ifadəsini işlətdi.

Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada son zamanlar kripto pullardan istifadə artdığı halda, Binance şirkətə qarşı sanksiya təhlükəsi səbəbindən Rusiyadakı fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoyub.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı