Türkiyə Avtomobil Yolları İdarəsinin mətbuata açıqlamasında, cari ilin yanvar ayında körpü və avtomobil yollarının keçid rüsumlarından gələn gəlirlərin 189.5 milyon lirədən (32 milyon ABŞ dolları) artıq olduğu vurğulanıb. Sözügedən periodda müvafiq məntəqələrdən keçərək rüsuma cəlb olunan avtomobillərin sayı 419 milyon olub.
Təkcə körpülərdən (15 İyul Şəhidləri körpüsü və Fatih Sultan Mehmet körpüsü) yanvar ayında 39 milyon lirə gəlir gəlib.
Ümumilikdə, yanvar ayında 35 milyon nəqliyyat vasitəsi rüsumlu körpü və avtomobil yollarından istifadə edib.