Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlarla görüş təşkil edib - BBN

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi sahibkarlarla görüş təşkil edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Özəl sektorun inkişafı layihəsi” çərçivəsində Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assossasiyasi ilə “Kapital Bank” arasında biznes dialoq reallaşdırılıb. Aqrar sahbkarlığının dəstəklənməsi və maliyyə resurslarına əlçatanlığın artırılması məqsədilə keçirilən görüşdə giləmeyvə istehsalı və ixracatçılarına bank məhsulları haqqında məlumat verilib.

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə ticarət-maliyyə alətlərinin Azərbaycanın qeyri-neft ixracı üçün önəmini vurğulayıb. Həmçinin 2022-ci ildə aqrar və aqrar-sənaye məhsullarının qeyri-neft ixracında mövqeyi haqqında məlumat verib, həmin sahəni təmsil edən fermerlərin bank məhsullarından istifadə fəallığı haqqında fikirlərini bölüşüb.

Görüşdə “Kapital Bank” ASC tərəfindən ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, kredit məhsulları, ixrac fəaliyyətinə istiqamətlənən kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.

Tədbirinin əsas hissəsi fermerlərin suallarının cavablandırılması həsr edilib. Fermerlərin ixracı dəstəkləyən bank alətləri və gömrük prosedurları haqqında sualları interaktiv qaydada cavablandırılıb.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi mütəmadi olaraq sahibkarlıq subyektlərinin maarifləndirilməsi və aidiyyəti təşkilatlarla birbaşa görüşlərinin təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirib.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı