Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: xərclərinizi minimuma endirin - BBN

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: xərclərinizi minimuma endirin

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, mikro sahibkarlara yeni imkanlar təqdim etməyə davam edir. Onların  fərdi ehtiyaclarına uyğun olaraq formalaşdırılan yeni tariflər 3 formada təklif olunur.

“Classic” tarifi sahibkarlara 5000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırma imkanı yaradır. Üstəlik də  illik 18.99, 3 aylıq isə 5.99 manat ödənişlə.

“Plus” tarifi isə 10 000 manatadək  əməliyyatları tamamilə komissiyasız həyata keçirmək istəyən sahibkarlar üçün ideal imkanlar təqdim edir. Bunun üçün illik cəmi 37.99 manat ödəmək yetərlidir. Tarifin 3 aylıq qiyməti isə 11.99 manat təşkil edir.

Sahibkarlara xərclərinə 27% qənaət etmək fürsəti yaradan “Premium” tarifi üçünsə illik cəmi 95.99 manat ödəniş tələb olunur. Tarifə qoşulmaqla 25 000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırmaq mümkündür.

Hansı tarifin seçilməsindən asılı olmayaraq bank tərəfindən mikro sahibkarlara Visa Sahibkar kartı da hədiyyə olunur. Sahibinə bir çox üstünlüklər təqdim edən kartın çatdırılması da bank tərəfindən ödənişsiz həyata keçirilir.

Bütün bunlarla Birbank Biznes müştərilərinə banka gəlmədən, vaxt itirmədən, rəqəmsal bankçılığın bütün üstünlüklərindən yararlanmaq şansı yaradır.

Tarif paketləri haqqında ətraflı məlumatı Birbank Biznes mobil tətbiqindən əldə etmək mümkündür: www.b-b.az/bbu.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı