BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə edib

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Funksiya tətbiq olunan zamandan, bir neçə gün ərzində artıq 30 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ hazırda artmaqdadır.

Bundan başqa mobil tətbiqdə koronavirusla bağlı xüsusi bölmə yaradılıb. Bu bölmədə virusla bağlı statistik məlumatlar, xəbərlər, virusun simptonları və diaqnostika, virusa yoluxmamaq üçün atılan addımlar və ən çox verilən suallara cavablar yerləşdirilib. Həmçinin tətbiq üzərindən təxirə salınmaz tibbi yardım üçün yaradılan qaynar xəttə də zəng etmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı