Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Birbank və Umico.az-dan “Super-meqa-bomba” lotereya - BBN

Birbank və Umico.az-dan “Super-meqa-bomba” lotereya

Ölkənin ilk rəqəmsal bankı Birbank və Umico.az 4 noyabr 2024-cü il tarixində yeni “Super-meqa-bomba” adlı lotereyaya start verdi. Bu lotereya, istifadəçilərə böyük hədiyyələr qazanmaq şansı təqdim etməklə yanaşı, müştərilərə alış-verişlərini daha maraqlı və sərfəli edəcək.

Lotereyanın şərtlərinə əsasən Umico.az platformasında kreditlə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 3 şans, Birbank kartları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edənlər 2 şans, digər ödəniş üsulları ilə 50 AZN və daha çox məbləğdə alış-veriş edən hər kəs isə 1 şans əldə edərək lotereyada iştirak edəcəklər.

10 tirajdan ibarət lotereyanın uduş fonduna 1500-dən çox hədiyyə daxildir. Hədiyyələr arasında məşhur elektronika məhsulları – “Dyson”, “iPhone”, “PlayStation”, “Apple Watch”, “AirPods”, “Honor Magicbook” və bir çox digər dəyərli hədiyyələr var. Lotereyanın əsas hədiyyəsi isə “ZEEKR 001 2024” avtomobili olacaq!

Bundan başqa, istifadəçilər Umico Premium abunəliyini əldə edərək 7000 AZN dəyərində səyahət sertifikatı qazanmaq üçün də şanslarını sınaya bilərlər.

Ətraflı məlumat üçün: https://kbl.az/smbpr

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı