Birinci yarımildə yaşıl enerji istehsalı artıb

2024-cü ilin birinci yarımilində operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4  mln. kVt·st olub.

Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 11 525,0 mln. kVt·st, SES-lərdə 1 581,1 mln. kVt·st, digər mənbələr üzrə isə 451,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt·st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 918,9 mln. kVt·st (İES-lərdə 10 452,1 mln. kVt·st, SES-lərdə 1 466,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224,0 mln. kV·ts (İES-lərdə 88,0 mln. kVt·st, SES-lərdə 105,5 mln. kVt·st, Günəş ES-də 30,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə isə 1 392,6 mln. kVt·st təşkil edib.

2024-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 444,0 mln. kVt·st, idxalı isə 96,4 mln. kVt·st olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 326,0 mln. kVt·st olub. İyun ayında elektrik enerjisinin idxalı 15,6 mln. kVt·st, ixrac isə 17,1 mln. kVt·st təşkil edib.

 

Related posts

Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqladı

VTB (Azərbaycan) 2024-cü ilin ilk yarısını mənfəətlə başa vurub

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı