Birləşmiş Krallıq faiz dərəcəsini endirib

Birləşmiş Krallığın Mərkəzi Bankı (BoE) faiz dərəcəsini 0,50-dən 0,25-ə endirdiyini rəsmi olaraq bəyan edib.

Bununla da, BoE akivlərin alınması üçün nəzərdə tutduğu məbləğin 375 mlrd. funtdan 435 mlrd. funta yüksəltdiyini bildirib ki, bu da pul bazasının 60 mlrd. funt artırılması deməkdir. Nəticədə isə funtun ucuzlaşmasının ixrac imkanlarını artıracağı və işsizliyi azaldacağı gözlənilir

Qərar 6-nın 3-ə səs çoxluğu ilə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır