Birləşmiş Krallıqda iqtisadiyyat 2016-cı ilin ikinci rübündə gözləniləndən daha artıq inkişaf edib.
Ölkənin Milli Statistika Komitəsinin yaydığı məlumata əsasən, ölkənin Ümumi Daxili Məhsulunda rüblük olaraq 0.6 faiz artım qeydə alınıb. Bir çox analitiklər ölkənin Avropa Birliyindən çıxmasının iqtisadi durğunluğa gətirib çıxaracağını hesab edirdilər.
Həmçinin ÜDM-də illik olaraq isə 2.2 faiz artım müşahidə olunub, baxmayaraq ki, verilmiş proqnoz 2.1 faiz təşkil edirdi.