Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə videokonfrans formatında görüş keçirib.

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, BƏƏ ilə iqtisadi-ticarət sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsi, “Masdar” şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqlar qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında investisiya, enerji, sənaye, rəqəmsal həllər, nəqliyyat, qida təhlükəsizliyi və digər sahələr üzrə işbirliyinin inkişafı imkanları genişdir.

Tərəflər sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi aparıblar.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı