Birləşmiş Krallıqda ödəniş kartlarından istifadə artıb

Avropanın bankçılıq sahəsində ən qabaqcıl ölkələrindən olan Böyük Britaniyanın araşdırma şirkətlərindən biri ölkədə ödəniş kartlarından istifadə dinamikası ilə bağlı hesabat açıqlayıb. Hesabata əsasən, Böyük Britaniyada iyul ayında ümumilikdə ödəniş kartları vasitəsilə  2 milyard 212 milyon tranzaksiya həyata keçirilib.

Tranzaksiyaların əksər hissəsi (1.9 milyard tranzaksiya) debit kartları vasitəçiliyi ilə həyata keçirilib. Geri qalan 312 milyon tranzaksiya isə kredit kartlarından həyata keçirilib. Debit kartı ilə aparılan əməliyyatlar  ötən ilin müvafiq ayına nisbətdə 21%, kredit kartları ilə aparılan əməliyyatlar isə 19.1% artıb.

İyul ayı ərzində həyata keçirilən debit kart tranzaksiyaların ümumi məbləği isə, ötən ilin iyul ayı ilə nisbətdə 3.1% geriləyərək 60.7 milyard funt-sterlinq olub. Kredit kartları üzrə sözügedən göstərici isə 15.6% artım nəticəsində 16 milyard funt-sterlinq səviyyəsinə yüksəlib.

İyul ayında Birləşmiş Krallıqda fəaliyyətdə olan ödəniş kartlarının ümumi sayı 1.57 milyard ədəd civarındadır. Bunun 98 milyonu debit kartların, 59 milyonu isə kredit kartlarının payına düşür.

Related posts

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı