Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası - BBN

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası

“Red Hearts”- Qırmızı Ürəklər Fondu ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında da balaca dostlarımızı sevindirməyə davam edir. Belə ki, Fond “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində “Ramazan Xeyriyyə Yarmarkası” keçirəcək.

“Passage 1901” sərgi salonunda keçiriləcək yarmarkadan əldə olunan bütün gəlirlər kimsəsiz uşaqlara sərf olunacaq. 7 aprel 2024-cü il tarixində saat 10:00-dan 18:00-a kimi baş tutacaq yarmarkada  qonaqlar müxtəlif ləzzətli təamları kəşf edə, oyunlar oynaya və hədiyyələrlə dolu loterayada iştirak edə bilərlər.

Ramazan ayı birlik və yardımlaşma ruhunu hiss etmək üçün dəyərli bir fürsətdir. Bu səbəbdən sizi bu nəcib təşəbbüsə qoşulmağa və dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etməyə dəvət edirik.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Related posts

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Yanvarda dövlət büdcəsindən 15,8 milyon manata yaxın vəsait geri qaytarılıb

Bakı Fond Birjası Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” ndə iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı