Bitcoin 65 min dollardan aşağı düşüb

Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,7 faiz azalaraq 2 trilyon 460 milyard dollara düşüb.

BBN.az bu barədə Bloomberg Türkiyə’yə istinadən xəbər verir.

Analitiklər bildirirlər ki, Bitcoin və digər kriptovalyutaların qiymətlərindəki eniş FED-in iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin azalması ilə bağlıdır.

Bitcoin keçən il təxminən 157 faiz dəyər qazanmışdı.

Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum, son 24 saatda dəyərinin  10 %-ni  itirərək 3 min 242 dollar səviyyəsinə düşüb.

Ethereum da 2021-ci ildə 4800 dollardan yuxarı qalxaraq rekord qırdı.

Related posts

Kriptovalyuta bazarının son göstəriciləri

“AzerGold” QSC-də qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar keçirilib

AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir